Bu gün Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası qanundan kənar elan oluna bilər
Gürcüstan parlamenti bu gün ölkədə sabiq prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının fəaliyyətini qadağan edən qanun layihəsinə düzəlişləri müzakirə edəcək.
Sənədə əsasən, konstitusiya quruluşunu zorakılıq yolu ilə devirmək və ya onu dəyişdirmək, müharibə təbliğatı, nifrət qızışdırmaq, suverenlik və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan partiyanın fəaliyyəti qadağan ediləcək.