Tarixin ən zəngin boksçusu müflis oldu
Tarixin ən zəngin boksçusu Floyd Meyvezer tamamilə müflis olub. Boksçu ilə bağlı şok xəbəri məşhur amerikalı jurnalist Stiven A. Smit açıqlayıb.
O qeyd edib ki, Meyvezer bu yaxınlarda Nyu-Yorkda daşınmaz əmlaka 402 milyon dollar sərmayə qoyub, lakin bu, fırıldaqçılıq sxemi olub.
Meyvezer bütün zamanların ən zəngin boksçusu hesab edilir. Məşhur “Sportico” resursunun son məlumatlarına görə, Floydun sərvəti hazırda 1,15 milyard ABŞ dollarıdır. Eyni zamanda, xatırladırıq ki, Floyd Meyvezerin ümumi qazancı 400 milyon dollar olaraq qiymətləndirilir.