• 13 May 2025 18:14

Tramp İsraili İran danışıqlarından kənarlaşdırıb

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında hərbi əməliyyatı davam etdirmək qərarına gələn İsrailin baş naziri Binyamin Netanyahu ilə fikir ayrılığına görə İsraili İran və Səudiyyə Ərəbistanı ilə danışıqlar prosesindən kənarlaşdırıb.

 

Tacxeber.com xəbər verir ki, “Financial Times” qəzeti bu haqda belə yazır.

 

Məlumata görə, Netanyahunun HƏMAS ilə danışıqların nəticəsiz qalmasından sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək qərarı Ağ Evdə qəzəb doğurub. ABŞ və İsrail arasında gərginliyin artmasının ilk əlaməti Trampın apreldə keçirdiyi mətbuat konfransında İsrailə tarifləri ləğv etməkdən imtina etməsi olub.

 

Qəzetin yazdığına görə, Netanyahunun ABŞ ilə gərginliyi Vaşinqtonun Tehranla birbaşa danışıqlara başlamaq qərarından sonra başlayıb. Eyni zamanda, ABŞ İsraili ərəb ölkələri ilə danışıqlardan, o cümlədən yəhudi dövlətinə birbaşa aidiyyəti olan məsələlərlə bağlı danışıqlardan kənarda saxlamaqda davam edir.

 

Məsələn, İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün danışıqlarda iştirak etməyəcək. Birləşmiş Ştatlar hazırda Səudiyyə Ərəbistanı ilə yalnız dinc nüvə enerjisi ilə bağlı razılaşmanı nəzərdən keçirir. Bununla belə, əvvəllər təklif edilmişdi ki, Vaşinqton və Ər-Riyad arasında təhlükəsizlik sazişi Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması üçün mübadilə edilsin.

 

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ nümayəndəsi Stiv Vitkoff ilə Təl-Əvivdə keçirdiyi görüşdən sonra Qəzza zolağında nizamlanma və girovların azad edilməsi üçün danışıqların davam etdirilməsi üçün mayın 13-də Qətərə nümayəndə heyəti göndərilməsi barədə göstəriş verib.

Tacxeber.com

Oxşar xəbərlər