Trampdan cavab ala bilmir, məətəl qalıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensə açıq məktub ünvanlayıb. Baş nazir məktubunda Ağ Evin yeni rəhbərləyinin gürcü-amerikan münasibətlərinin bərpası və strateji tərəfdaşlığın bərpası ilə bağlı susqunluğundan məətəl qaldığını qeyd edib.
Tacxeber.com xəbər verir ki, Gürcüstanın Baş naziri məktubu sosial şəbəkədəki səhifəsində dərc edib.
Kobaxidze qeyd edib ki, bir neçə həftə əvvəl ikitərəfli münasibətlərlə bağlı Amerika rəhbərliyinə müraciət edərək əlaqələrin sıfırdan və konkret plana uyğun olaraq yenidən başlamağa hazır olduqlarını dəfərlərlə bəyan etsələr də, indiyədək cavab yoxdur.