• 14 May 2025 18:53

4 liderin görüşü: Ərdoğan bu qərarı nümunə adlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman və Suriya prezidenti Əhməd əl-Şaraa onlayn görüş keçiriblər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

 

Bildirilib ki, danışıq zamanı Ərdoğan ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının əhəmiyyətini vurğulayıb. O, bu qərarın sanksiyalar tətbiq edən digər ölkələrə nümunə olacağına inandığını qeyd edib.

 

Xatırladaq ki, Tramp dünən Əsəd dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edildiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər