• 14 May 2025 05:41

Britaniya Rusiya ilə bağlı Kərimov, Qarayev, Mədətli, Səfərov və Eyyubluya sanksiyalar qoyub

Böyük Britaniya mayın 9-da Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib. Britaniyanın yeni sanksiyaları Rusiyanın “kölgə donanması”nın 100-ə yaxın neft tankerini hədəf alıb. Bu sanksiyalar paketi çərçivəsində həmçinin “2Rivers Group” kimi tanınan neft ticarəti şirkəti “Coral Energy Group”un azərbaycanlı bir neçə direktorunun aktivləri də dondurulub.

 

Britaniya hökuməti sanksiyalar haqqında açıqladığı bildirişdə Əhməd Kərimov, Tahir Qarayev, Anar Mədətli, Tələt Səfərov və Etibar Eyyubun adları çəkilib və bildirilib ki, onlar “Coral Energy Group”un direktorları kimi fəaliyyət göstərərək “Rusiya hökumətindən fayda əldə etməkdə və ya onu dəstəkləməkdə iştirak ediblər”.

 

“Coral Energy Group”un idarəçiliyi 2024-cü ildə T.Səfərov, Ə.Kərimov və A.Mədətli tərəfindən satın alınaraq “2Rivers Group” adı altında yenidən brend edilib.

“Coral Energy Group” 2010-cu ildə azərbaycanlı T.Qarayev tərəfindən təsis edilib. Şirkətin Dubay və Sinqapurda ofisləri olub.

 

Qeyd olunub ki, “Coral Energy Group” Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən enerji sektorunda fəaliyyət göstərirdi.

Böyük Britaniya “2Rivers Group”a ilk dəfə 2024-cü ilin dekabrında sanksiyalar tətbiq edib. (AzadliqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər