Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: “Dərs saatları və attestatlar satılır”

Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru və müavininin rüşvət alması barədə iddialar yayılıb.
Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, direktor və müavini qeyri-qanuni işlərlə – dərs saatlarının pul qarşılığında satılması, məktəbə gəlməyən şagirdlərin 1500-2000 manat dəyərində sözügedən şəxslərə pul verməsi və attestatların 20-30 manat qarşılığında təhsilalanlara verilməsi kimi işlərlə məşğuldurlar.
İddialara cavab almaq üçün Bakı Şəhər Təhsil İdarəsinə və məktəbə sorğu ünvanladıq. Məktəbdən bildirilib ki, vəsait toplanması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Məktəbin nüfuzuna xələl gətirmək üçün yayılan böhtan xarakterli məlumatdır. Bu iddiaların məktəbdə çalışan zaman fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün əmək müqaviləsinə xitam verilmiş sabiq işçi tərəfindən yayıldığı düşünülür”.
Bakı Şəhər Təhsil İdarəsinin cavabında isə qeyd olundu ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir: