• 14 May 2025 04:55

“Həmin xanım bilsəydi ki, şəkli bulağın başına qoyulub…”

Aparıcı Ülvira Qarayeva Qubanın Ənik kəndində rastlaşdığı maraqlı bir tarixçəni izləyiciləri ilə bölüşüb.

 

Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bulağın başına qoyulan yapon bir qadınla yerli əhalidən olan bir gəncin sevgi hekayəsini danışıb:

 

“Qubanın Ənik kəndində bir bulaq var. Bulağın başında yapon bir qadının şəkli qoyulub. Burada yaşayan bir gənc bir müddət Yaponiyada qalır. Bir-birilərini sevirlər. Amma elə olur ki, evlənə bilmirlər. Onu Azərbaycana gətirdə bilmir. Əvəzində şəklini gətirir. İllərdir bu yapon qadın bu bulağın başındadır. Məncə o xanım bilsəydi ki, onun yeri burada, bulağın başındadır, elə özü durub gələrdi. Sevgiyə bax. İllərdir buradadır, təsəvvür edirsiniz?”.

Tacxeber.com

Oxşar xəbərlər