Saakaşvilinin oğlu Amerikaya getdi
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının nümayəndə heyətinin ABŞ-a səfərə başlayıb.
Tacxeber.com xəbər verir ki, nümayəndə heyətinə Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin oğlu Nikoloz Saakaşvili də daxil olub.
Səfərin məqsədi Bidzina İvanişvili və onun ətrafına şəxsi sanksiyaları nəzərdə tutan “MEGOBARI Aktının vaxtında qəbulunu təmin etmək üçün” Senatda görüşlər keçirməkdir.