• 15 May 2025 19:43

Bu ölkənin “Avroviziya” təmsilçisi azərbaycanlı imiş – FOTOLAR

İsrailin “Avroviziya-2025 ” mahnı müsabiqəsindəki təmsilçisi Yuval Rafaelin bir tərəfinin azərbaycanlı olduğu üzə çıxıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi paylaşım edib.

 

“Biz indi bildik ki, İsraillin “Avroviziya” ulduzu Yuval qismən azərbaycanlıdır. Beləliklə, Azərbaycan finala çıxa bilməsə də, azərbaycanlılar hələ də həmin səhnədə eşidilir”.

 

Qeyd edək ki, Azərbaycanı müsabiqədə “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edib. Təmsilçilərimiz finala vəsiqə qazana bilməyiblər. Bu axşam müsabiqənin ikinci yarımfinalı keçiriləcək, final isə mayın 17-də baş tutacaq.

Oxşar xəbərlər