Putinin zarafatı onları qəhqəhəyə boğdu: Dedi ki, ikinci arvadı üçündür…

Rusiya prezidenti Vladimir Putin Moskvaya səfər edən Malayziya baş naziri Ənvər İbrahimlə birlikdə Kreml sarayını gəzərkən aralarında baş verən maraqlı dialoqu bölüşüb.
Tacxeber.com xəbər verir ki, Putin bu barədə birgə keçirilən mətbuat konfransı zamanı danışıb.
O bildirib ki, söhbət vaxtı Kremldəki zallardan birində yerləşən taxtlar barədə Malayziya baş nazirinə maraqlı sual verib. “Cənab baş nazir, orada üç taxt var. Birincisi Çar üçün, ikincisi həyat yoldaşı üçün, bəs sizcə üçüncü taxt nə üçündür? O demək olar, düşünmədən cavab verib ki, o taxt çarın ikinci arvadı üçündür. Ümid edirəm Ənvər İbrahim bu əhvalatdan qəzəblənməyəcək”.