Cahangir Əsgərov “Premium Bank”ın əsas səhmdarı oldu
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov “Premium Bank” ASC-nin əsas səhmdarı olub.
Tacxeber.com “Report”a istinadla xəbər verir ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib.
O, dünyasını dəyişənə qədər Bankın nizamnamə kapitalında 84.5% paya malik olub. Səhmlərin 15.2%-nə “VIP Aviation Services” MMC, 0.3%-nə isə Elvira Əhmədova nəzarət edib.