• 17 May 2025 03:43

Ərdoğan onu qarşılayan baş nazirin ayaqqabısına sataşdı 

Albaniyanın Baş naziri Edi Rama Türkiyə Prezident Ərdoğanı Albaniyanın paytaxtı Tiranada qarşılayıb.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılama mərasimində baş nazirin ağ idman ayaqqabısı geyinməsi diqqətlərdən qaçmayıb.

 

Türkiyə lideri ilə Albaniyanın baş naziri əvvəlcə salamlaşaraq hal-əhval tutublar.

 

Edi Rama R.T.Ərdoğanın “necəsən?” sualına “yaxşıyam” cavabını verib.

 

Türkiyə Prezidenti baş nazirin ayaqqabılarına işarə edərək “onun üçün idman ayaqqabısı geyinirsən” deyərək gülümsəyib.

Tacxeber.com

Oxşar xəbərlər