• 17 May 2025 06:18

“Ukrayna böhranı Tramp-Putin görüşündə həllini tapacaq” – Natiq Cəfərli

Türkiyənin dünyanın diplomatik mərkəzlərindən biri olması çox sevindiricidir. Fraqmentallaşan dünyanın güc mərkəzlərindən biri kimi qardaş ölkə öz yerini hər gün daha da möhkəmlədir.

 

Ukrayna-Rusiya danışıqlarının nəticəsi, qısa: 1) Hər iki tərəf 1000 nəfər əsirin dəyişdirilməsinə razılaşdı, 2) Atəşkəs haqqında, yəni, mexanizmi necə olacaq – bununla bağlı yaxın günlərdə hər iki tərəf öz təkliflərini hazırlayacaq, çünki, söhbət 2000 km sərhəd, 1200 km aktiv döyüşlərin getdiyi ərazidən gedir, nəzarət mexanizmləri yaratmaq çox da asan məsələ deyil. Nəzarət mexanizmi yaranmasa, Rusiya atəşkəsi pozub daim Ukraynanın üzərinə atacaq, 3) Ukrayna və Rusiya prezidentlərinin görüşü, prinsip etibarı ilə, mümkün ola bilər.

 

Amma, düşünürəm ki, Ukrayna böhranı Tramp-Putin görüşündə həllini tapacaq – ona görə də, bu təmas nə qədər tez olsa, bir o qədər az insan ölər.

Avropanın düşdüyü vəziyyəti acınacaqlıdır – çox bərk gurlayırlar, çox söz verirlər, amma əməl edə bilmirlər.

 

Foto bu gün Avropa liderləri bir yerdə Trampa zəng edən zaman çəkilib – hər şey aydın görünür, ABŞ olmadan Avropa nəinki Ukraynanın, hətta öz təhlükəsizliyini belə təmin edə bilmir. Bunu Rusiya da anlayır deyə, Trampın qəzəbinə gəlmək istəmir, amma, Rusiya baş qatmaqla məşğul olmaqda davam etsə, bu gün əlinə keçmiş fürsətləri tamamən itirə bilər. Çünki, ABŞ-Rusiya danışıqları daha qlobaldır, Ukrayna orada, hardasa, 6-cı yerdədir, yəni, Putin israrla Donensk vilayətinin, məsələn, “Vesolaya” kəndini almaq kimi mənasız hədəfin dalınca qaçsa, indiki konyukturda əldə edə biləcəyi qlobal dividendləri itirəcək və hayat ona heç də “veselo” olmayacaq…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər