• 17 May 2025 19:56

Pezeşkian: İran ABŞ-ın təhdidlərindən qorxmur

İran müharibə istəmir, Tehran ABŞ-la nüvə məsələsində danışıqları davam etdirəcək.

 

Tacxeber.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

 

Eyni zamanda siyasətçi İranın heç bir təhlükədən qorxmadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın bəyanatlarında ziddiyyətlər var.

 

Pezeşkian qeyd edib ki, Tramp bəzən Tehranı sülhə çağırır, bəzən ölkəsinin hazırladığı məhvetmə vasitələri ilə hədələyir və bununla bağlı ABŞ prezidentinin hansı bəyanatına inanmaq olar, anlamaq çətindir.

 

Qeyd edək ki, mayın 14-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İran nüvə silahı yaratmaq planlarından imtina edərsə, onunla saziş bağlamağa hazırdır. Tehran həmçinin terrorizmi himayə etməyi dayandırmalı, proksi müharibələrdən və nüvə ambisiyalarından tamamilə əl çəkməlidir. Bundan sonra Birləşmiş Ştatlar lideri məlumat verib ki, ABŞ İrana nüvə sazişi təklifini çatdırıb və Tehrana açıq şəkildə bildirib ki, nüvə proqramı ilə bağlı məsələ yaxın vaxtlarda həll olunmalıdır.

Xatırladaq ki, buna qədər isə İran ABŞ-a uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib.

Tacxeber.com

Oxşar xəbərlər