“Ermənistanın Eurovision-da vizual təxribatı” – İsmayıl Cəlilov

Ermənistanın Eurovision-da vizual təxribatını görməzdən gəlib, susmaq düzgün qərar idi, məncə. Səhnələşdirmədə dekorasoyaların birisinin Ermənistanın, o birisinin də Qarabağ və ətrafının coğrafi konturlarını xatırladan iki hissənin bir araya gəlməsi, ermənistanlı müğənninin də onun üstünə dırmaşıb, “Mən sağ qalacağam” qışqırması (mahnının adı), açıq-aydın əks reaksiya yaradıb, skandaldan ajiotaj çıxartmağa hesablanan addım idi. Bu istiqamətdə rusiyalı portallardan təhriketmələri gördüm. Lakin, ağıllısı o idi ki, susmaq. Böyük beynəlxalq arenada yenə bu məsələyə diqqət yetirməmək.
Məncə, istəyirlərsə, Çin imperiyasının xəritəsini göstərsinlər. Bu, reallıqları heç də dəyişmir.
Görülən budur ki, bu addım, həm də xaricdəki erməni diasporasının hisslərilə oynayıb, özünə xal toplamaq məqsədini güdürdü. Ucuz fənddir. Əslində, Azərbaycan iqtidarına “Gördün? Vot” narrativini yaymağa kömək edəcək. Rəsmi Bakını daha da qıcıqlandıracaq. Axırda udan yenə də Ermənistan olmayacaq.
Mənə görə probelm budur: regionda uzunmüddətli sabitliyi poza biləcək qədər pis niyyət yaratmaq o qədər asanmış. Ermənistan ictimai yayımçısı bu addımı ölkə rəhbərliyindən xəbərsiz və icazəsiz atıbsa, bu çox şeyə dəlil edir. Bir tərəfdən “kofe içək”, bir tərəfdən də Azərbaycana vizual təhrik, anlaşılmır.
Görülən budur ki, “sülh istəyirsənsə, müharibəyə hazırlaş” deyən romalılar haqlı imiş… Əfsus.