• 18 May 2025 05:48

Kurban Berdiyev “Turan Tovuz”dan ayrılaraq Rusiya klubuna keçir? – Sualı cavabladı

Misli Premyer Liqasının 35-ci turunda “Sumqayıt” “Turan Tovuz”a məğlub oldu – 0:1.

Oyundan sonra qonaqların baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak etdi.

Mütəxəssis qələbə haqda bunları söylədi:

“Layiqli qələbə qazandıq. Bəzi epizodları dəyərləndirə bilmədik”.

– Tovuzdakı oyunla bu matç arasında hansı fərqlər var idi?
– Fərq sadəcə detallardadır. Bu haqda danışmaq istəmirəm.

– Müdafiəçiləriniz zədələnməsəydi, “Turan Tovuz” mövsümü 3-cü yerdə bitirə bilərdi?
– Denis Marandiçi, Roderik Miller, Şəhriyar Əliyevin olmaması oyunumuza ciddi təsir etdi. Bir oyunçu olmayanda onu necəsə əvəz etmək olar. Demək olar ki, bütün müdafiə xətti sıradan çıxdı. Gələn oyunçuların da onların yerini tutması xeyli vaxt apardı. Yeni ilə qədər demək olar ki, ciddi səhvlərimiz olmurdu. Amma çempionatın ikinci yarısında itkilərə görə ciddi səhvlərimiz oldu.

– Mövsümü “Turan Tovuz” üçün qənaətbəxş hesab etmək olar?
– Cari “futbol ili”nin əvvəlində desəydilər ki, 4-cü yeri tutacaqsınız, bundan razı qalardım. Azərbaycan çempionatını tanımırdım. Amma çempionatın gedişinə əsasən deyə bilərəm ki, daha yaxşı ola bilərdi. Əsas oyunçularımızın yoxluğu ciddi təsir etdi.

– “Rubin”dən sabiq futbolçunuz Rusiya mətbuatına açıqlamasında bildirib ki, Kurban Berdiyev “Spartak”ın baş məşqçisi olmağa layiqdir. Bu haqda nə deyə bilərsiniz?
– Keçmiş futbolçularım sağ olsunlar, tez-tez belə açıqlamalar verirlər. Amma konkret hansısa klubla danışığımız olmayıb. (Sport1.az)

 

Tacxeber.com

Oxşar xəbərlər