Meloni Aİ-nin bu siyasətini tənqid etdi

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, sərt ekoloji siyasət Avropanın iqtisadi sistemini dağıdır.
Tacxeber.com xəbər verir ki, hökumət başçısı iqtisadi və sosial sabitliyin qorunması üçün ölkələri daha ehtiyatlı ekoloji keçidə səsləyib. O, bildirib ki, Avropa İttifaqında sürətli elektrikləşmə, xüsusən də elektromobilə keçid sənaye gücünü azaldır.
“Mən hər zaman demişəm ki, səhrada yaşıllıq olmur. Hər şeydən əvvəl Avropa sənayesini səhralaşmaqdan qorumaq lazımdır” – deyə hökumət başçısı qeyd edib.