• 18 May 2025 07:22

“Niyə hökumət bu vəziyyəti görmür, səbəbləri araşdırmır, niyə ət son 15 ildə 2,5 dəfə bahalaşıb?” – Natiq Cəfərli

Əvvəllər, heç olmasa, ətlə özümüz-özümüzü təmin edə bilirdik, indi hökumətin aqrar “islahatları” nəticəsində bu sahədə də tənəzzül var.

 

2024-cü ildə Gürcüstandan 14 mln. 200 min dollarlıq qoyun almışıq, bu ilin ilk 2 ayında isə 2 745 baş qoyun Rusiyadan, 2 170 baş isə Gürcüstandan idxal edilib.

İdxalın həcmi bu ilin yanvar-fevral aylarına nisbətən mart-aprel aylarında, az qala, iki dəfə artıb.

 

2024-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 502.4 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 milyon 81,6 min baş təşkil edib. 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850,2 min baş qoyun və keçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara var. Son 1 ildə 44 min 700 baş iribuynuzlu, 965 min 800 baş isə xirdabuynuzlu heyvan azalıb.

 

Yaxşı, ta qədimdən bacardığımız, SSRİ-nin belə bizə unutdura bilmədiyi heyvandarlığı niyə məhv edirik, nədən hökumət bu vəziyyəti görmür, səbəbləri araşdırmır, niyə ət son 15 ildə 2,5 dəfə bahalaşıb?! Hökumətdə bu sullara cavab verəcək kimsə varmı?!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər