Rumıniyadan şad xəbərlər gəlir. Nə xəbərlərdir? – Kamran Cəfərov

Putin/Tramp cütlüyünün dəstəklədiyi sağ populist namizədi Simionun 1-ci turda 20% səs fərqilə irəlidə olmasının əsas səbəbi seçici fəallığının son dərəcədə aşağı olması idi.
2-ci tura keçən avropayönlü Dan Nikuşorun seçdiyi strategiya öz nəticəsini verir. Dan Nikuşor komandasının strategiyası 1-ci seçkilərə gəlməyənləri məntəqələrə 2-ci turda gətizdirməkdən ibarət idi və bu strategiya özünü doğrultdu. Bütün mətbuat resursları xəbər verir ki, hal-hazırda çox ciddi fəallıq və uzun növbələr müşahidə olunur.
Məntəqələr Bakı vaxtı ilə 22:00-da bağlanacaq, ilk eksit-polları və nəticələri paylaşacağıq.