200 milyard dollar neft pulu almış ölkədə niyə benzin defisiti yaşanır?

Azərbaycan Aİ-92 markalı benzinin idxalını 5 dəfə artırıb.
2025-ci ilin ilk dörd ayında Azərbaycanda avtomobil yanacağının istehsal həcmi illik müqayisədə azalıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki avtomobil benzininin istehsal həcmi illik müqayisədə 17% azalaraq 424.4 min tona düşüb.
Qeyd edək ki, Azərbaycan ilk rübdə xaricdən 53.3 min ton və ya 42.21 mln. ABŞ dolları həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin analoji dövründən 5 dəfə çox artım deməkdir.
İqtisadiyyatda əsas rola sahib dizel yanacağının da istehsal həcmi illik müqayisədə 8.2% azalaraq 726.4 min tona düşüb. (Azadlıq Qəzeti)