“Rumıniyada prezident seçkilərinin 2-ci turunda liberal Nikuşor Dan radikal sağçı, trampçı rəqibi George Simionu məğlub edib” – Şahin Cəfərli
N.Dan 54%, G.Simion isə 46% səs toplayıb.
Simionun üstünlüyü ilə yekunlaşmış ilk turda 55%-ə yaxın seçici iştirak etdiyi halda, ikinci turda seçici fəallığı 10%-dən çox artıb və bu amil N.Danın qələbəsində mühüm rol oynayıb. Siyasətdə də fizika qanunu (təsir əks təsirə bərabərdir) işləyir: Avropada və dünyada reaksioner-populist ultrasağın yüksəlişinə qarşı proqressiv qüvvələr tədricən səfərbər olur.
Riyaziyyat üzrə doktor, bu sahədə beynəlxalq olimpiadaların qalibi olan 55 yaşlı N.Dan paytaxt Buxarestin meridir. O, Avropa İttifaqı ilə sıx əlaqələrin və Ukraynaya dəstəyin davam etdirilməsinin tərəfdarıdır. Orban-Fitso xəttinə yaxın olan avroskeptik G.Simion isə Ukraynaya ərazi iddiaları irəli sürür və Kiyevə yardımları dayandırmağa çağırır.