Baydenin arvadına cinayət işi açıla bilər

ABŞ-ın keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cil Baydenə ərinin xəstəliyini gizlətdiyinə görə cinayət işi açıla bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.
Departament rəsmisi bildirib ki, Baydenin həyat yoldaşı Cil ərinin sağlamlıq problemlərinə məhəl qoymadığı üçün yaşlılara qarşı zorakılıqda ittiham oluna bilər.
Belə ki, mətbuatda Baydenin xərçəng olması ilə bağlı xəbərlərin ardınca həyat yoldaşının problemi bildiyi, lakin yenə də onun prezidentliyə namizədliyini irəli sürməsini istədiyi barədə xəbərlər ortaya çıxıb.