İmmunitetinizi gücləndirəcək üç məhsul: Həzm sistemini də yaxşılaşdırır
Pəhrizinizə üç qida daxil etməklə immunitet sisteminizi gücləndirə bilərsiniz.
Tacxeber.com “La Nacion” nəşrinə istinadən xəbər verir ki, bunu diyetoloq Yel Hasbani deyib.
Hasbani qeyd edib ki, immunitet bağırsaqların vəziyyəti ilə sıx bağlıdır, ona görə də onun fəaliyyətinə müsbət təsir göstərən qidalardan istifadə etmək lazımdır. Belə ki, o, gündəlik menyuya duzlu kələm əlavə etməyi məsləhət görüb.
Bundan əlavə, həkimin fikrincə, bu məqsəd üçün qatıq da uyğun gəlir. Tərkibində orqanizm üçün lazım olan zülallar, kalsium, B vitaminləri, fosfor, kalium və maqnezium var.