• 20 May 2025 17:39

Putin vaxt uddu, yoxsa ?

Deməli, Tramp-Putin telefon danışığından məlumatlısinız, bu barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar yayılıb.

 

 Mənim fikrimcə, konkret heç nə əldə olunmadı. Sadəcə, Putin vaxt uddu, sanksiyalardan yayınmaq üçün imkan qazandı, özünü beynəlxalq təcriddən çıxmış kimi göstərmək üçün, gələcək yaxın zamanda Tramp – Putin üzbəsurət danışıqlar apa bilmək kimi bir fürsət qazandı.

 

Tramp isə, nəyin hesabına olursa olsun, hətta bu Ukrayna torpaqlarının itirilməsi bahasına olsa belə, təki sülhə nail olsun ki, O da sonradan Rusiyada da ən çox sevdiyi və bacardığı işlə məşğul ola bilsin. Yəni, çoxmilyardlıq sövdələşmələr ( сделка ) imzalayıb, pul qazansın!

 Telefon danışığından sonra hər iki tərəfin verdiyi açıqlamalardakı bəzi məqamlarla siz də tanış olun!

 

Putin deyir ki, Trampla telefon danışığı 2 saat çəkib.

 

Putin Trampla söhbəti mənalı, səmimi və çox faydalı adlandırıb.

 

Rusiya döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə aparan ən təsirli yolları inkişaf etdirmək lazımdır.

 

 Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır.

 

Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır.

“Ümumiyyətlə, biz düzgün yoldayıq.”

 

Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.

 

Tramp: — Rusiya ilə Ukrayna arasında danışıqlar dərhal başlayacaq.

 Prezident Putinlə telefon danışığımdan dərhal sonra mənimlə telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenskiyə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Fransa prezidenti Emmanuel Makrona, İtaliyanın baş naziri Meloniyə, Almaniya kansleri Fridrix Merzə və Finlandiya prezidenti Aleksandr Stabba bu barədə məlumat verdim. Vatikan, Papa vasitəsilə danışıqların aparılmasında çox maraqlı olacağını bildirib. Proses başlasın!

 

Tramp Rusiyanı ABŞ üçün ən önəmli tərəfdaşlardan biri kimi görür. O, Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin tərəfdarı olduğunu vurğulayıb və münasibətlərin perspektivləri barədə emosional fikirlər səsləndirib;

Rusiya və ABŞ prezidentləri — Vladimir Putin və Donald Tramp — telefon danışığı zamanı bir-birlərinə adları ilə müraciət ediblər.

 

Danışıq zamanı heç biri ilk olaraq dəstəyi yerə qoymaq istəməyib.

 Tramp münaqişə bitdikdən sonra Rusiyaya səfər edəcəyini bildirib.

O, Rusiyanı ABŞ üçün ticarət və iqtisadiyyat sahəsində ən mühüm tərəfdaşlardan biri kimi qiymətləndirib.

Putin və Tramp mümkün Rusiya-ABŞ sammitinin keçirilməsini istisna etmirlər. Hər iki tərəfin komandaları belə görüşün məzmunu üzərində işləyəcəklər;

 

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər