“Şəki” restoranı görün neçəyə satılıb – FANTASTİK MƏBLƏĞ

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.
Bildirilir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.
“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.
Qeyd edək ki, “Şəki” restoranı Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası səbəbindən sökülüb.