• 20 May 2025 21:14

Xamnəi: Amerikalılar boşboğazlıq etməməlidir

Xamnəi: Amerikalılar boşboğazlıq etməməlidir

Amerika ilə dolayı danışıqların nəticəsinin olacağına çox da inanmıram.

 

Tacxeber.com khamenei.ir-ə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi bildirib.

 

Onun sözlərinə görə, amerikalı danışıqçılar boşboğazlıqdan çəkinməlidirlər: “İranın özünün uranı zənginləşdirməsinə imkan verilməyəcəyini söyləmək böyük səhvdir. Heç kim bu və ya digərindən icazə gözləmir. İslam Respublikasının öz siyasəti və siyasəti yürütmə metodu var”.

Tacxeber.com

Oxşar xəbərlər