• 21 May 2025 06:36

Aİ Trampın “qələmini qırdığı” radioya 5,5 milyon avro ayırdı

“Avropa İttifaqı “Azadlıq” radiosunu maliyyələşdirəcək və ona öz büdcəsindən 5,5 milyon avro ayırıb”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas məlumat verib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı “Azadlıq” radiosunun Aİ ilə qonşu ölkələrdə, eləcə də Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini təmin etmək məqsədini güdür.

 

Kallas əlavə edib ki, bu, qısamüddətli maliyyələşdirmədir və Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə ilə bağlı razılığa gəlməlidir.

 

Mart ayında Kallas bildirib ki, Avropa İttifaqı Birləşmiş Ştatların Qlobal Media Agentliyi (USAGM) tərəfindən idarə olunan Azad Avropa Radiosunun maliyyələşdirilməsini öz üzərinə götürməyi düşünür.

 

Xatırladaq ki, martın 14-də Amerika lideri Donald Tramp yeddi Federal qurumda işçilərin kütləvi şəkildə azaldılması barədə fərman imzalayıb. Bu, Azadlıq Radiosunun fəaliyyətini maliyyələşdirən USA GM-ə də şamil edlib.

Tacxeber.com

Oxşar xəbərlər