• 22 May 2025 14:16

Daha o qədər də olmaz dediyiniz hərşey oldu bu ölkədə.

Sabirabadda baş verən dəhşətli qətl hadisəsi yenə ölkə gündəmini zəbt edib.Sabirabad rayon sakini olan 2004 cü il təvəllüdlü Seyidrəsul adlı bir oğlan, qeyri-rəsmi nikahda yaşadığı 15 yaşlı Nuranə adlı qızı Kür çayının sahilində öldürərək cəsədini çaya atıb. Siz hekayəyə baxın, 15 yaşlı qız ilə qeyri-rəsmi nikahda yaşamaq. Bu ölkə hara gedir belə, ilahi. 2004 təvəllüdlü uşaqlar baş kəsib adam öldürür. Fikir verirsinizsə artıq bu tipli qətllər silsilə şəkildə artan xətlə gedir.

 

Gəncədə vəhşicəsinə döyülüb öldürülən Elgün hadisəsinin üstündən heç 1 həftə keçməyib. Keçən dəfə bu haqda yazmışdım mən. Səbəbini də çox ətraflı şəkildə qeyd etmişdim. Filmlərdə izlədiyimiz mafiya ölkələrini keçmişik artıq. Qəti şişirtməsi filan yoxdur. Daha o qədər də olmaz dediyiniz hərşey oldu bu ölkədə. Başqa nələr olmalıdır ki?

 

Əziz Məmiyev

Tacxeber.com

Oxşar xəbərlər