• 22 May 2025 06:45

Elza Seyidcahan: “Mən Füzulidən üstünəm”

Əməkdar artist Elza Seyidcahan verilişlərin birində qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, çıxışı zamanı özünü klassik şair Məhəmməd Füzulidən daha üstün şair hesab etdiyini bildirib.

 

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, Elza Seyidcahanın bu iddialı bəyanatı sosial şəbəkələrdə və cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti sənətçinin bu fikrini tənqidlə qarşılayaraq, onu ədəbiyyatın klassik dəyərlərinə hörmətsizlikdə ittiham ediblər.

 

Qeyd edək ki, Elza Seyidcahan son illərdə qeyri-adi poetik üslubu və çıxışları ilə tez-tez medianın diqqət mərkəzində olur.

Tacxeber.com

Oxşar xəbərlər