• 07 İyun 2025 17:49

Daha bir ictimai fəal Nicat Əmiraslanovun saxlanılıb.

 Daha bir ictimai fəal Nicat Əmiraslanovun saxlanılıb.
Paylaş

Yaxınları ehtimal edir ki, hadisə müəmmalı şəkildə həyatını itirmiş Elgünlə bağlı bukletləri paylaşdığı üçün baş verib.

 

İctimai fəal Nicat Əmiraslanovun saxlanıldığı bildirilir.

Bu barədə jurnalist Elməddin Şamilzadə “Facebook” səhifəsində məlumat yayıb. O bildirib ki, Nicat Əmiraslanovun saxlanılması barədə məlumatı yaxınlarından alıb.

“İctimai fəal Nicat Əmiraslanov Qazaxda  polislər tərəfindən saxlanılıb. Yaxınları ehtimal edir ki, hadisə müəmmalı şəkildə həyatını itirmiş Elgünlə bağlı bukletləri paylaşdığı üçün baş verib”, – Elməddin Şamilzadə yazıb.

 

Hüquq mühafizə orqanları onun saxlanması barədə hələlik heç bir müasibət bildirməyib.

İctimai fəal Nicat Əmiraslanov əvvəllər müstəqil jurnalist kimi fəaliyyət göstərib. O, bir neçə dəfə polis tərəfindən saxlanılıb və inzibati həbsə məhkum edilib. Saxlanılarkən işgəncəyə məruz qalıb.

 

Tacxeber.com

Oxşar xəbərlər