Deputat:”Səhər yeməyinə ehtiyac yoxdur, insan oğlu gündə bir dəfə qidalanıb…”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun səhərlər yemək yeməyə ehtiyac olmadığı barədə açıqlaması sosial şəbəkələrdə müzakirə yaradıb.
“ASAN TV” də qonaq olan həkimin sözlərinə görə,insanın gün ərzində iki dəfə yemək yeməsi kifayətdir.