Dronlara qarşı balıq torları: İsveç və Danimarkadan Ukraynaya qeyri-adi hərbi yardım

Ukrayna Rusiyanın pilotsuz uçuş aparatlarına (dronlara) qarşı qeyri-adi müdafiə üsulu tətbiq etməyə başlayıb – istifadə olunmuş balıqçı torları.
Tacxeber.com xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.
“Yle” bildirir ki, dronlar müasir müharibələrin əsas tərkib hissəsinə çevrilib – həm ucuzluğu, həm də çoxşaxəli istifadəsi ilə raket sistemlərini kölgədə qoyur. Yüksəkdən uçan bu dronlara qarşı müdafiə çətindir, lakin Ukrayna bu problemi kreativ yolla həll etməyə çalışır.