İsveçrə ordu bıçağı – Yadigar Sadıqlı


Elə bil bu portativ alət istənilən tapşırığın öhdəsindən gələ bilər – ipi kəsməkdən tutmuş şərab butulkasını açmağa və hətta vintləri sıxmağa qədər. Məhz buna görə də hər bir oğlan uşağının arzusu İsveçrə ordusu bıçağına sahib olmaq idi. Yeri gəlmişkən, alətin adı haqqında: o, doğrudan da İsveçrə ordusunda istifadə olunub və bir müddət İsveçrədə istehsal edilib, lakin onu başqa bir ölkədə düşündülər.
Əfsanəvi qırmızı saplı ilk İsveçrə ordu bıçağı 1897-ci ildə meydana çıxıb — onu Şvits kantonundan 24 yaşlı Karl Elzener hazırlayıb. O, bu ideya üçün ilhamı başqa bir alətdən —İsveçrə ordusu üçün Almaniyada istehsal edilmiş qatlanan bıçaqdan almışdı.
XIX əsrin sonunda İsveçrə ordusu bir problemlə üzləşdi: hərbçilər müxtəlif tapşırıqlar üçün (məsələn, tüfənglərin təmizlənməsi, konserv açılması və s.) ayrı-ayrı alətlər daşımağın çox narahat olduğunu bildirirdilər. İdeal variant oxfunksiyalı alət (multitul) hazırlanması idi. Lakin İsveçrədə heç bir şirkət belə alət istehsal edə biləcək resurslara malik deyildi.
Almaniyada isə oxşar bir alət artıq mövcud idi, yəni yenidən icad etməyə ehtiyac yox idi. Beləliklə, İsveçrə ordusu Zolingen şəhərində yerləşən “Wester & Co” şirkətindən “Modell 1890” adlı bıçaqlar sifariş etdi. Bu bıçaqlar taxta saplı və minimum funksiyaya (bıçaq, biz, konservaçan və vintaçan) malik idi.
Beləliklə, ilk “İsveçrə” ordu bıçağı əslində Almaniyada istehsal olunmuşdu.
Nəhayət, 1891-ci ildə, 24 yaşlı Karl Elzener — İsveçrənin İbax şəhərindən olan cərrahi alət istehsalçısı — ordunun sifarişi ilə qatlanan bıçaqlar istehsal edən emalatxana açmaq hüququ qazandı. Beləliklə, “Victorinox” şirkətinin əsası qoyuldu — Elzener şirkətə anası Viktoriya şərəfinə bu adı verdi.
Lakin İsveçrədə istehsal olunan bıçaqlar əvvəlcə populyarlıq qazanmadı: onlar Alman modelindən daha keyfiyyətli və daha baha idi. Aydındır ki, əsgərlər artıq illərlə istifadə etdikləri ucuz aləti üstün tuturdular. .
Amma altı ildən sonra Elzener nəhayət üstünlüyü ələ aldı: o, çoxfunksiyalı aləti təkmilləşdirərək patentləşdirdi və “zabitlərin idman bıçağı”nı yaratdı. Bu bıçaq daha kompakt idi, artıq iki bıçaq, açacaq, biz, vintaçan və burğu ilə təchiz olunmuşdu.
Bir müddət Elzenerin şirkəti İsveçrə qatlanan bıçaq bazarına hakim oldu. Ta ki, ölkənin ikinci ən böyük bıçaq istehsalçısı olan “Paul Boéchat & Cie” (Delémon şəhərindən) oxşar məhsul istehsal etməyə başlayana qədər. Bu marka sonradan “Wenger” adını aldı və 1908-ci ildən etibarən hərbi sifarişlər hər iki şirkət arasında bölüşdürüldü. Uzun illər bu iki istehsalçı birbaşa rəqib olmuş və məhsullarının həyatda qalması üçün adla bağlı razılığa gəlmişdilər: “Victorinox” “Orijinal İsveçrə ordu bıçağı”, “Wenger” isə “Əsl İsveçrə ordu bıçağı” istehsal edirdi.
Uzun müddət bu bıçaq alman dilində “Schweizer Offiziers- und Sportmesser” — yəni “İsveçrə zabit və idman bıçağı” adlandırılırdı. Daha tanış ad olan isə İkinci Dünya müharibəsi dövründə qazandı. Bu adı amerikalı əsgərlər düşünüb: onlar alman dilindəki uzun sözləri tələffüz etməkdə çətinlik çəkirdilər, ona görə də sadəcə “Swiss Army knife” (“İsveçrə ordu bıçağı”) deməyə başladılar.