Rusiyanın Ukraynadakı hərbi gücü tükənmək üzrədir – ABŞ

ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri və hərbi ekspertləri hesab edirlər ki, Rusiyanın Ukraynada hərbi potensialı zəifləməyə başlayıb və Moskva 2025-ci ilə qədər ciddi şəkildə canlı qüvvə və silah çatışmazlığı ilə üzləşə bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, Qərb rəsmiləri hazırkı dövrü Rusiya üzərinə təzyiq göstərmək üçün münaqişənin başlanğıcından bəri ən əlverişli zaman hesab edirlər.
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) hesabatına əsasən, əgər danışıqlar yolu ilə sülh əldə olunmasa və Qərbdən davamlı və qəti yardım göstərilməsə, müharibə 2025-ci ilə qədər tədricən Rusiyanın xeyrinə inkişaf edə bilər. Sözügedən hesabat 10 gün əvvəl idarənin direktoru Cefri Kruz tərəfindən ABŞ Konqresinə təqdim olunub.