• 07 İyun 2025 22:22

Arvadı Makrona şillə vurdu, sonra isə pərt etdi – VİDEO

 Arvadı Makrona şillə vurdu, sonra isə pərt etdi – VİDEO
Paylaş

Fransa prezidenti Emmanuel Makron Vyetnama səfəri zamanı həyat yoldaşının gözlənilmədən onun yanağına şillə vurması ilə özünü çətin vəziyyətə salıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Fransanın RMC BFM radiosu məlumat yayıb. Onlar əlavə edirlər ki, videonun həqiqiliyi Yelisey sarayı tərəfindən təsdiqlənib.

 

Məlumata görə, Makron və həyat yoldaşı Hanoya çatan zaman “kiçik mübahisə” ediblər.

Ardınca isə Fransa prezidenti pilləkəndən düşərkən Brijitin onun qoluna girməsi üçün dirsəyini büksə də, o, Makronu pərt edərək bundan imtina edib.

Makronla həyat yoldaşı təyyarədən endikdən sonra çəkilən fotolarda isə Fransa Prezidentinin qəzəbli olduğu, hətta əsəbindən yumruğunu sıxdığı iddia edilib.

Tacxeber.com

Oxşar xəbərlər