Azər Bağırovun istefasının maraqlı səbəbi

Dünən Azər Bağırov istefa verərək “Kəpəz”lə yolları ayırdı.
Əslində mütəxəssisin “Turan Tovuz”la oyundan öncə komandadan gedəcəyi bəlli idi. Klub rəhbərliyi ilə məşqçi arasında görüş keçirilmiş, razılıq əldə olunmamışdı.
Görəsən, Azər Bağırov “Kəpəz”in hansı şərtlərini qəbul etməyib?
Tacxeber.com Sport1.az-a istinadən xəbər verir ki, məşqçinin istefasının səbəbi bəllidir. Belə ki, “Kəpəz” rəhbərliyi Azər Bağırova min manat artıq maaş təklif edib. Lakin klub məşqçiyə bildirib ki, transfer məsələlərində heç nəyə qarışılmayacaq. Azər Bağırov bunu qəbul etməyərək Gəncə təmsilçisi ilə yolları ayırıb.
Maraq üçün bildirək ki, məşqçinin “Kəpəz”də maaşı məskunlaşma və nəqliyyat xərcləri ilə birgə 7 min manat olub.