Elşad Miri: “İslamda içki verilən məclisdə iştirak etməyin haramlığından bəhs edilmir, içməyin haram olduğu bildirilir”

Dinşünas Elşad Miri siyasi şərhçi Elçin Alıoğlunun oğlunun toy məclisində içki verilən masada əyləşməsinə görə tənqid edilməsinə, İslam dinində musiqi, içki olan məclislərin haram olması barədə iddialara münasibət bildirib.
E.Miri Pravda.az-a açıqlamasında deyib ki, dəvət edildiyi toylara hər zaman gedir.
“Səfərdə oluramsa, gec deyilərsə, iştirak edə bilmədiklərim də olub. Bircə dəfə dəvət edilmədiyim toya getmişəm. Toy sahibi ilə aramızda inciklik olduğu üçün məni dəvət etməmişdi. Amma ailəlikcə toyda iştirak edib, həmin adamın şad günündə yanında olmuşam. Elçin Alıoğlunun oğlunun toyunda iştirak etməmək hörmətsizlik olardı. Çünki ilk yazılarımı, mətbuatda ilk addımlarımı Elçin müəllimin yanında atmışam. Oğlu da bizim mütəmadi oxucularımızdan, izləyicilərimizdən olduğu üçün fəxrlə bu şad günündə iştirak etmişəm. İndi gələk məsələnin üçüncü tərəfinə. Musiqi dinimizə görə haram deyil. Sadəcə, akustika ilə əlaqəli olaraq səs mənfi təsir edəndə qulaqcıqdan istifadə edirəm.