Ömrünün son günlərini İstanbulda keçirmək istəyən Lev Tolstoydan 17 maraqlı töhfə

Vəsiyyətində məzarı üzərinə xaç qoyulmasını istəməyən, İstanbula gedərkən Bolqarıstanda vağzalda dünyasını dəyişən rus ədəbiyyatının nəhəngi Tolstoydan həyatı şübhə altına alacaq 17 söz:
1. Elə xoruzlar var ki, banladıqları üçün günəşin doğduğunu düşünürlər.
2. Həyat nə gedəni geri qaytarır, nə də itirdiyiniz vaxtı qaytarır. Ya yaşamaq üçün lazım olanı zamanla yaşayacaqsan, ya da etmədiyin üçün ağlamayacaqsan.
3. Adamın cibini qəlp pullar, ürəyini isə saxta adamlar deşir. Odur ki, hər ikisini tullayın və buraxın getsin…
4. İnsanı fiziki əməliyyat etmək üçün onu yatırmaq, ruhunu əməliyyat etmək üçün isə oyatmaq lazımdır.
5. İnsanlığın getdikcə pisləşdiyini hamı qəbul edir, amma özünün pisləşdiyini heç kim qəbul etmir. Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəlcə özünü dəyişdirməyi düşünmür.
6. Heç nə qazanmayan insanların yoxluğu heç nə itkisinə səbəb olmaz.
7. Nə üçün şeytana qəzəblənirsən? Yaxşı bir iş görsən, sənə hirslənər.
8. Bilin ki, siz yaşadıqlarınızla deyil, başqalarına yaşatdıqlarınızla yadda qalacaqsınız. Və xatırlayın; Mənə nə yaşatdınsa, bir gün mütləq onu yaşayacaqsan.
9. İnsan tutduğu vəzifə ilə deyil, tamah tutduğu mövqe ilə ölçülməlidir.
10. Ən güclü iki döyüşçü səbir və vaxtdır.
11. Adam ağrı hiss edirsə, o, diridir. Başqasının ağrısını hiss edirsə, insandır.
12. İnsanın əsl gücü sıçrayışda deyil, sarsılmaz duruşundadır.
13. Öz xoşbəxtliyindən başqa məqsədi olmayan adam pis adamdır…
14. Səhv yalnız insanların çoxu bunu etdiyi üçün səhv olmaqdan qalmır.
15. Bilməlisən ki, heç kim başqasına yuxarıdan aşağı baxacaq qədər böyük deyil. Elə bir gün gələcək ki, nifrət etdiyin hər şeyin bədəlini ona əhəmiyyət verdiyin halda ödəyəcəksən.
16. Birinin üstünə palçıq atmazdan əvvəl yaxşı düşünün və unutmayın ki, əvvəlcə əlləriniz kirlənəcək, qəlbin zatən kirli….
17. Başqalarının həyatından öyrənin. İnsan bütün səhvlərini özü edəcək qədər çox yaşamır…