• 06 İyun 2025 21:56

Pezeşkianın Ermənistana səfəri planlaşdırılır

 Pezeşkianın Ermənistana səfəri planlaşdırılır
Paylaş

İran tərəfi Prezident Məsud Pezeşkianın İrəvana səfərini planlaşdırır.

Oxu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “İrəvan Dialoqu-2025” beynəlxalq forumu çərçivəsində jurnalistlərlə keçirilən brifinqdə bildirib.

 

Nazir müavini vurğulayıb ki, iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir və yüksək diplomatik səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir.

“Hal-hazırda dövlət başçısının İrəvana səfərini planlaşdırırıq. İki paytaxt arasında siyasi məsləhətləşmələr aparılır. İqtisadi əməkdaşlıq isə çox yüksək səviyyədədir və yaxın gələcəkdə nəqliyyat üzrə sıfır faiz dərəcəsi tətbiq edildikdə, iqtisadi əməkdaşlıq sürətli şəkildə artacaq”, – deyə Xətibzadə vurğulayıb və əlavə edib ki, ən yeni texnologiyalar sahəsində də yaxşı əməkdaşlıq qurulub.

 

Nazir müavininin sözlərinə görə, iki xalq arasında turizm və mədəniyyət sahələrində əlaqələr davamlı şəkildə inkişaf edir.

“Ümid edirəm ki, bəzi maneələr, xüsusilə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra aradan qalxacaq, bu günə qədər həyata keçirilməyən çoxsaylı layihə və proqramları reallaşdıracağıq”, – deyə Səid Xətibzadə vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər