• 07 İyun 2025 07:16

Tramp:”Putin tamamilə dəli olub! O, lazımsız yerə çox adam öldürür”

 Tramp:”Putin tamamilə dəli olub! O, lazımsız yerə çox adam öldürür”
Paylaş

Rusiyanın Ukraynaya çoxlu insan ölümlərinə və dağıntılara səbəb olmuş raket və dron hücumundan sonra ABS prezidenti Tramp ilk dəfə çox sərt danışıb.

 

Bu barədə Trampin verdiyi bəyanatda deyilir:

“Mənim Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə dəli olub!

O, lazımsız yerə çox adam öldürür və mən təkcə əsgərləri demirəm. Raketlər və pilotsuz təyyarələr Ukrayna şəhərlərini atəşə tutur – heç bir səbəb olmadan. Mən həmişə demişəm ki, o, Ukraynanın bir hissəsini deyil, Bütün Ukraynanı istəyir və bəlkə də bu, indi təsdiqlənir. Amma bunu etməyə cəhd etsə, bu, Rusiyanın ölümünə səbəb olacaq! Eyni zamanda, prezident Zelenski danışıq tərzinə görə ölkəsinə heç bir şəkildə kömək etmir. Dediyi hər şey problem yaradır. Bu mənim xoşuma gəlmir və buna son qoyulmalıdır. Mən prezident olsaydım bu müharibə heç vaxt başlamazdı. Bu, “Tramp” deyil, Zelenski, Putin və Bayden arasında müharibədir. Mən sadəcə olaraq açıq-aşkar səriştəsizlik və nifrətlə başlayan böyük, çirkin yanğını söndürməyə çalışıram”. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər