Ayaqlarını itirən bu qızlar bəlkə də dünya gözəlləri seçilərdilər… – FOTO

“Bu ukraynalı qızlar gözəllik yarışmasında iştirak etsəydilər, bəlkə də dünya gözəlləri seçilərdilər”.
Tacxeber.com xəbər verir ki, bu fikirləri təhlükəsizlik eksperti, sabiq MTN zabiti İlham İsmayıl son günlər sosial şəbəkələrdə geniş yayılmış və dərin təsir doğurmuş bir foto vasitəsilə ukraynalı qadın əsgərlərə olan ehtiramını ifadə edərkən deyib.
“Amma bu gözəllər vətəni qorumağı hər şeydən üstün bildilər. Gözəl ayaqlarını itirdilər, şəkildə gördüyünüz kimi, biri hər ikisini, üçü də bir ayağını itirib. Onların üzündəki təbəssümə, sevincə baxın. İtirdikləri gözəl ayaqları, qazandıqları Ukraynadır!