Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına skoç vurdu

Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə qalmaqallı hadisə baş verib.
Tacxeber.com xəbər verir ki, BAKU.WS-in “qaynar xətt”inə daxil olan məlumata görə, ibtidai sinif müəllimi 1-ci sinif şagirdinin ağzına skoç yapışdırıb. Hadisə ilə bağlı şagirdin atası redaksiyamıza şikayət edib.
Valideynin sözlərinə görə, hadisənin görüntüləri mövcuddur və həmin videoda müəllimin uşağın ağzına skoç vurduğu aydın görünür.