Miqrantlardan qurtulmağın yolu: Britaniya bunun üçün milyardlar xərcləyir

Böyük Britaniya hökuməti xarici işçi qüvvəsindən asılılığı azaltmaq üçün 120 000 yerli inşaatçı, mühəndis və qulluqçuya təlim keçməyə hazırlaşır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Bildirilir ki, buna nail olmaq üçün Leyboristlər Partiyası 3 milyard funt-sterlinq (4,1 milyard dollar) xərcləməyi planlaşdırır, parlament müddətinin sonuna qədər 30 min yeni iş yeri yaratmağı planlaşdırır.
“Biz daha çox məşğulluq imkanları təmin etmək üçün məsuliyyətimizə ciddi yanaşırıq”, – deyə təhsil naziri Bridcet Fillipson bildirib.
Bildirilir ki, bu addımlar Naycel Faracın İslahat Partiyasının yüksəlişi fonunda Leyboristlərin dəstəyini saxlamaq cəhdidir. Eyni zamanda, hökumət miqrantlar üçün qaydaları çətinləşdirir, xüsusən də ingilis dilini bilmə tələblərini artırır.