Şəhid anası yeni video yaydı
Füzuli rayonunda şəhid Vüqar Zamanovun anası Lətifə Zamanovanın kişiyə qarşı təhqiredici hərəkətlər etməsi və buna dair görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Tacxeber.com “Qafqazinfo”ya iistinadən xəbər verir ki, L.Zamanova bu gün video yayaraq hadisə barədə danışıb və baş verənlərə aydınlıq gətirməyə çalışıb.
O bildirib ki, həyat yoldaşı vəfat etdiyi üçün oğlunun lövhəsinə qarşı nalayiq hərəkətlər etmiş şəxsi özü cəzalandırmaq qərarına gəlib:
“Oğlumun xatirə lövhəsi qarşısında nalayiq hərəkət etdiyi üçün bu addımı atmışam. Daha sonra oğlumun ünvanına nalayiq sözlər dediyi üçün mən də şəhid anası kimi buna dözməyib, o sözləri demişəm. Hansı şəhid anasına o sözlər deyilsə, buna sakit dayanmaz. Daha sonra o, məndən üzr istədi, əl-ayağıma düşüb yalvardı, içkili olduğunu dedi, mən də onu bağışladım”.
L.Zamanova oğlu və özü barəsində deyilən bəzi fikirlərlə razı olmadığını deyib. Həmçinin media və sosial şəbəkələrdən hadisəni əks etdirən görüntülərin silinməsini xahiş edib.