Trampdan Putinə XƏBƏRDARLIQ – “Əgər mən olmasaydım…”
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə xəbərdarlıq edib.
Tacxeber.com xəbər verir ki, o, bu barədə sahibi olduğu “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Vladimir Putinin anlamadığı budur ki, əgər mən olmasaydım, Rusiya ilə artıq çox pis, hətta həqiqətən çox pis hadisələr baş vermişdi. O, odla oynayır!”, – ABŞ lideri deyib.
Xatırladaq ki, mayın 25-də gecə saatlarında Rusiya Silahlı Qüvvələri münaqişə başlayandan bəri Ukrayna ərazisinə ən böyük hava hücumunu həyata keçirib. Ukrayna rəsmiləri bildiriblər ki, ölkəyə 367 pilotsuz təyyarə və raket zərbəsi endirilib.