• 06 İyun 2025 20:46

Trampın verdiyi 1,7 milyonluq şam yeməyinə ağız büzdülər: Görün süfrədə nələr olub – FOTO

 Trampın verdiyi 1,7 milyonluq şam yeməyinə ağız büzdülər: Görün süfrədə nələr olub – FOTO
Paylaş

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Telegraph” məlumat yayıb.

 

Qeyd edək ki, Donald Tramp mayın 22-də Virciniyadakı qolf klubunda “$TRUMP” kriptovalyutasına ən böyük sərmayəçilərindən 220 nəfər üçün xüsusi şam yeməyi verib. Orta hesabla 1,7 milyon dollar (təxminən 2 milyon 870 min 370 manat) xərcləyən qonaqlar tədbirdə yeməklərin keyfiyyətini tənqid ediblər. 25 yaşlı investor Nikolas Pinto şikayət edib: “Bu, Trampın müəssisəsində yediyim ən pis yemək idi. Yeməli yeganə şey çörək və yağ idi”.

 

Bildirilir ki, menyuya “sitrus sousu ilə qızardılmış halibut” və “demi-glace sousunda fileto mignon” daxil idi, lakin porsiyalar cəlbedici olsalar da, yeməyin keyfiyyəti aşağı olub. Bəzi qonaqlar ac qalıblar və yeməyi təyyarə naharı ilə müqayisə ediblər. Kripto-bloqer Kris Skinner öz boşqabının fotosunu sosial mediada yerləşdirib: “Bu, 1,7 milyon dolların sizə xidməti, üstəlik kriptovalyuta haqqında 25 dəqiqəlik səthi çıxışdır”.

Qeyd olunur ki, Tramp tədbirə “Marine One” vertolyotu ilə gəlib və 23 dəqiqəlik çıxış edib. Nitqinin böyük hissəsi kriptovalyutalarla bağlı olmayıb. Tramp çıxışından sonra yalnız bir neçə iri investorla şəxsən salamlaşıb və tez məkanı tərk edib.

Oxşar xəbərlər