Yeməklə birlikdə içiləcək faydalı İÇKİ – nə çaydır, nə də kompot

Yemək yeyərkən nəsə içmək pis vərdişdir, lakin elə bir içki var ki, ölçülü şəkildə istehlak edilərsə, orqanizm üçün faydalı ola bilər.
Tacxeber.com bu məsləhəti ““NEWS.ru” saytına istinadla paylaşır.
Belə ki, yaşıl çay yeməklərlə birlikdə istehlak edilə bilən nadir içkilərdən biridir. Qara çay və ya qəhvədən fərqli olaraq onun tərkibində daha az tanin var, ona görə də orqanizm tərəfindən dəmirin udulmasına o qədər də mane olmur və yaşıl çayda kompotun tərkibində olan şəkər yoxdur. Bundan əlavə, yaşıl çay maddələr mübadiləsini sürətləndirir və yağlı qidaların asan həzmini təmin edir.