Gündəmi zəbt edən GÖRÜNTÜLƏR: Ata və ana 1 yaşlı körpənin həyatını heçə saydılar — VİDEO

Son günlər paytaxt yollarında moped və motosiklet sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrdə tez-tez yayılan görüntülər bu problemin miqyasını bir daha göz önünə sərir.
Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınan son görüntülər isə məsələni yenidən gündəmə gətirib.
Kadrlar ani ehtiyatsızlığın necə böyük faciəyə çevrilə biləcəyini nümayiş etdirir. Motosikletdə ata, ana və 1 yaşlı körpənin təhlükəsizlik qaydalarına əməl olunmadan hərəkət etməsi sosial şəbəkə istifadəçilərinin də ciddi narahatlığına səbəb olub.
Hazırda yayılan görüntü ilə bağlı araşdırma aparılır. Dövlət Yol Polisindən verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, adamların həmin nəqliyyat vasitələrində daşınması qadağandır və inzibati məsuliyyət yaradır.