Sosial şəbəkələrdə 500-700 manata donorluq təklifləri – Hansı fəsadlar ola bilər?

“Follikul donoru olaraq 500-700 manat əldə eldə edə bilərsiniz”.
Tacxeber.com Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yüzlərlə bu cür elana rast gəlmək olar. “Instagram” və “TikTok” platformasında “Follikul donorluğu” adlı onlarla səhifə mövcuddur.
İddialara görə, 500-700 manat müqabilində qadınlardan toplanan follikullar yüksək məbləğ qarşılığında övladı olmayan şəxslərə satılır.